Genom klinikası genetik xəstəliklərin diaqnozu,müalicəsi və genetik testlərin həyata keçirilməsi ilə məşğul olan tibb müəssisəsidir.Klinikamız,insanların genetik məlumatlarını öyrənmək və irsi xəstəliklərin profilaktikası,erkən diaqnozu və müalicəsi sahəsində mütəxəssis xidmətləri təklif edir.Genetik diaqnoz mərkəzimizdə,müasir genetik tətbiqlərdən istifadə edilərək bütün genetik xəstəliklərin diaqnozu və müalicəsinə yönəlik Prenatal (doğuş öncəsi) və Postnatal (doğuş sonrası) genetik testlər aparılır.
Prenatal genetik diaqnoz: Hamiləlik zamanı fetusun genetik xəstəliklərə qarşı yoxlanılması (amniosentez,kordosentez və s.) və erkən mərhələdə potensial problemlərin müəyyən edilməsi.
Postnatal genetik diaqnoz: Uşağın doğulandan sonra genetik xəstəliklərin və ya genetik anomaliyaların müəyyən edilməsi məqsədilə aparılan testlər və müayinələrdir.Bu diaqnoz növü körpənin doğumdan sonra genetik vəziyyətinin qiymətləndirmək,irsi xəstəlikləri inkişaf geriliyi və ya digər anomaliyaları aşkar etmək üçün istifadə olunur.
Biz sizin genetik kodunuza uyğun müalicə təqdim edirik
Genom Klinikə xoş gəlmişsiniz! Sizin sağlamlığınız bizim üçün önəmlidir. Bir sıra xidmətlərimizdən istifadə edərək sağlamlığınıza qovuşun. Diaqnozu tapılmayan xəstəliklərin təyini. Pediatriya xidməti ilə uşaqlarınızın sağlamlığını güvəndə saxlayın. Genetik analiz və peşəkar doktorlarımızla ailənizin gələcəyini güvənli edin.
*Hamiləliyin 10 həftəsindən etibarən;
*Anaploidlər,mikrodelesiya və nöqtə mutasiyalarının taraması;
*Tək və əkiz hamiləliklər;
*İVF hamiləliklər;
*10-12 günə nəticə.
*Qlükoza
*HbA1c
*İnsulin
*HOMA-İR
*Sidiyin ümumi analizi